Həftənin birinci günündən artıq həftə içi 5 gün səhər proqramına aparıcılıq edəcəyəm.
Qlobal.net xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında jurnalist, tele-aparıcı Rövşanə Ağasəfqızı deyib.
O, verilişin şou xarakterli olmadığını bildirib: “Rəhbərlik yeni dəyişib və bundan sonra kanalın hansı formatda olacağı haqda bir söz deyə bilmərəm. Amma mən əyləncə xarakterli aparıcı deyiləm. Yeni verilişim daha çox sosial, milli-mənəvi, ədəbiyyat, aktual mövzular istiqamətində olacaq. İki həftə şənbə-bazar da daxil olmaqla həftənin 7 günü də çalışacağam, daha sonra veriliş artıq həftə içi 5 gün olacaq. Həm də səhər proqramı komandasına mən rəhbərlik edəcəyəm”.
Qeyd edək ki, aparıcı Turan İbrahimli ötən gün “Space” TV-nin efirindən işdən ayrıldığını deyib. O, kanalın yeni yayım formatına keçdiyini, indən sonra efirdə əsasən yumorlu verilişlərin yayımlanacağını, xəbər tipli proqramların olmayacağını deyib. Bu səbəbdən də işdən ayrıldığını bildirib.