Rövşanənin verilişini İlkin Əhmədov bağlatdırıb? - "Efirdən rədd ediləcəklər” demişdi...
Əməkdar artist İlkin Əhmədov aparıcı Rövşanə Ağasəfqızının bağlanan qalmaqallı "Space səhər” verilişindən danışıb.
Xanəndə Qaynarinfo-ya açıqlamasında aparıcının verilişinin bağlanmasına təəssüf etdiyini bildirib: "Aramızda qanqaraçılıq, narazıçılıq olmuşdu. Mən istəmərəm ki, kimsə çörəyindən olsun, işsiz qalsın. Yəqin yeni bir iş tapar”.
Qeyd edək ki, aparıcı Rövşanə Ağasəfqızı qalmaqallı səhər efiri
ilə vidalaşıb. Onun "Space səhər" proqramının yayımı dayandırılıb.
Bir müddət öncə xanəndə İlkin Əhmədov ilə aparıcı Rövşanənin
arasında mübahisə yaranmışdı. Əməkdar artist İlkin Əhmədov qonaq olduğu
canlı yayıma 2 saat gecikdiyindən aparıcı Rövşanə Ağasəfqızı onu efirə
buraxmamışdı: "Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır.
Gələ bilmirdinsə, deyərdin ki, gələ bilmirəm, zamanım yoxdur. Efirə
çıxmaq istəyən nə qədər müğənni var. Gələcəkdilər, canla-başla
əyləşəcəkdilər. Haradasan? Bu qədər tıxac olur? Hörmətsizlikdir bu? O
zaman bizdən də gözlə. Nə haqla efirimizi boş qoyursan? Biz sənə bu
haqqı verməmişik. Dünəndən deyərdin ki, yatıb qalacağam, yeyib
qalacağam, gəlmək imkanım yoxdur. Əməkdar artistsən, bu xalqın, ölkənin
təmsilçisisən. Xaricdə ölkəni təmsil edirsən. Bu gün səni hörmətli
bilib, efirə dəvət etmişik. Sən bizim efirə problem yaradırsan. Xalqa və
efirə qarşı hörmətsizlik edirsən. Gəlsən belə, efirə çıxmağına ehtiyac
yoxdur”, - deyə bildirmişdi.
Əməkdar artist İlkin Əhmədov isə saytımıza açıqlamasında aparıcı Rövşanə Ağasəfqızının bu hərəkətini hörmətsizlik adlandırıb: "Belə aparıcılar azdır, amma onlar bilsinlər ki, nə vaxtsa efirdən
rədd ediləcəklər. Onlar bilsinlər ki, xalqın əsəbi, hissi ilə oynamaq
olmaz”.