Cəmiyyət

Rövşanədən tanınmış androloqa TƏRS ŞİLLƏ – Aparıcının paylaşımı müzakirə yaratdı

Hər açıqlaması ilə gündəmə düşən, sosial medianın reytinqli və sərt danışan aparıcısı Rövşanə Ağasəfqızı bu dəfə hədəfini dəyişib.
Qlobal.net @show_clab-a istinadla yazır ki, gözlənilməz şəkildə androloq Canpolad İmanovun videosunu paylaşan teleulduz, paylaşımına yazdığı kəskin və ironik fikirlərlə yenidən müzakirələrin mərkəzinə düşüb.
Aparıcı sosial media hesabında belə yazıb:
“Ginekoloqların ləhləlülü paylaşımlarından sonra keçək uroloqlara… Deyirəm, hamı bir orqanının hayındadır. Daraltma-genəltmə ilə çörək qazanan ginekoloqlar… Dəbdən bir az düşən plastik cərrahlar… Uroloqun işi lap müsibət… işləyir… işləmir… işləyəcək prinsipi… Ancaq 40-50 faizi başa düşmədim. Yəni yarıbayarı, ay doxdur?”
Onun bu sözləri sosial şəbəkələrdə əməlli başlı müzakirə yaradıb.
Canpolad İmanovdan isə hələ ki, bu məsxərə dolu paylaşıma cavab verilməyib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от ▪ SHOW_CLAB👁️ (@show_clab)

Related Articles

Bir cavab yazın

Back to top button