Rövnəq Abdullayev Londonda 37 milyona mülk aldı - Aləsini köçürür
SOCAR-ın keçmiş rəhbəri Rövnəq Abdullayevin iqtisadiyyat nazirinin
müavini olmasına rəğmən şəxsi biznes imkanlarını genişləndirməsinə
çalışır.Qlobal.net unikal-a
istinadla bildirir ki, R.Abdullayevin oğlu Rəşad Abdullayev bir müddət
öncə Londonun ən bahalı məhəllələrinin birində yerləşən ərazidə qiyməti
22 milyon dollara (37 milyon manat) daşınmaz əmlak alıb.
Rövnəq Abdullayev vəzifədə olduğu dönəmdə kürəkəni Rauf
Əliyev daxil olmaqla, qayınatası və digər yaxın qohumlarının
varlanmasına imkan yaradıb. Hazırda oğlu kürəkəni və qayınatasının
Türkiyədə, İngiltərədə, Dubayda daşınmaz əmlaklar aldığı və biznes
şəbəkəsi qurduğu bildirilir.
Onu da qeyd edək ki, R.Abdullayev bütün sərvətini ölkədən çıxarmağa nail olduqdan sonra ailəsini xaricə köçürəcək.