O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Rövşən Süleymanzadə bir müddət əvvəl də 45 sutka həbs edilmişdi.