Tarix

Rəsulzadənin anası Stalinə xəbər göndərmişdi: Acından ölərəm, kafir çörəyi yemərəm, o bığlı…

“Gedin o bığlı oğlana deyin ki, Maral xanımı həbs etmişik
Cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadənin anası Maral xanım həbs olunarkən Stalinə onu tutanlardan bu cür xəbər yollamışdı:

“Gedin o bığlı oğlana deyin ki, Maral xanımı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən”. Biçarə qadın hər şeyi öz saflıq arşını ilə ölçürdü. Elə bu arşınla da ölçə-ölçə acından rəhmətə getdi. Qazaxıstana sürgün olunarkən gündə bir-iki dəfə qəndi suya salaraq sümürürdü. 28 gün qatarda sürgün yolu gedən qadın çox dindar idi:

“Mən acından ölərəm, amma kafir yeməyi yemərəm” deyirdi. Ailəsinin başına gətirilən bu cür faciələr onu onsuz da ölü halına salmışdı. Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyən Maral xanımı fəlakət içdən yedi və o elə həmin il, yəni 1937-ci ildə dünyasını dəyişdi.

Related Articles

Bir cavab yazın

Back to top button