29.09.2021
21:03
151

Rəsul Çunayev evlənir – FOTO/VİDEO

Loading...

Yunan-Roma güləşi üzrə Rio Olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev subaylığın daşını atıb.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, hazırda Bakıdakı şadlıq saraylarından birində Çunayevin toyu davam edir.

Toyda güləş, cüdo, boks, atletika üzrə idmançılar, eləcə də Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Rəsul Çunayevin toyu daha iki gün də davam edəcək. Belə ki, sabah Bakıda və oktyabr ayında doğulduğu Balakəndə növbəti toylar baş tutacaq.




Loading...