659ccbd77dd56202401243015
Respublika Perinatal Mərkəzində güclü yanğın - VİDEO

Respublika Perinatal Mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: "Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***
Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

Qlobal.net report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.

Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.



09.01.2024 08:29
show 2331