657adc257d6df202312234245
Rəşad Dağlının qətldən əvvəl bıçaq aldığı görüntülər - VİDEO

Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb. 

Qlobal.net bildirir ki, lent.az həmin görüntüləri əldə edib.

Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir.  

İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İsgəndər Mehdiyevlə görüşə gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var:

"İskəndərin "boş gəlmə" sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib İskəndərin yaşadığı evin qarşısına gəldim".  

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonar meyxanaçı könüllü olaraq polisə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsin hokum ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


14.12.2023 14:41
show 455