Şahid qeyd edib ki,
gecə vaxtı Rəşad Dağlı ona zəng edib: “Məndən gödəkçəsini istədi. Mən
də gödəkçəsini gətirənə kimi Rəşad getmişdi, zəng etdim, telefonu
açmadı. Qardaşım heç vaxt mənim zəngimi cavabsız qoymazdı. Buna görə də
narahat oldum. 2 saat sonra Rəşad özü mənə zəng etdi. Dedi ki, hadisə
baş verib, onu polisə aparmağımı istədi. Rəşad şokda idi, danışa
bilmirdi. Buna görə də hadisə barədə mənə bir söz demədi”.
Prokurorun
suallarını cavablandıran şahid deyib ki, mərhum İsgəndər Mehdiyevi
Ələkbər Yasamallının qohumu kimi tanıyıb: “Amma onun özü ilə tanışlığım
olmayıb. Bu hadisədən əvvəl İsgəndər mənə zəng etdi. Ona cavab vermədim.
Sonra mesaj yazdı ki, Rəşadı axtarır, Rəşadla işi olduğunu deyib.
Danışmasa, sonra gec olacağını qeyd edib. Mən də bunu Rəşada dedim.
Rəşad dedi ki, boş ver, işin olmasın”.
Meyxanaçının qardaşı bildirib ki, Rəşad Dağlı şokda olduğu üçün ona hadisənin təfərrüatlarını danışa bilməyib.
Ağamalı
Əmirov qeyd edib ki, Rəşad Dağlı İsgəndəri öldürdüyünü, buna görə də
polisə təslim olmaq istədiyini deyib: “Mən də daha heç nə soruşmadım.
Onu maşına qoyub polisə apardım”.
Daha sonra ifadə verən şahid Yaşar
Abdullayev bildirib ki, Rəşad Dağlı onun icarəyə götürdüyü obyektdən
bıçaq alıb. Rəşad Dağlının məlum hadisə günü aldığı bıçaq açıq satışda
olub, satılması üçün heç bir qadağa olmayıb: “Həmin bıçağın alınması
üçün heç bir sənəd tələb olunmur. Bu hadisənin baş verməsini səhəri gün
eşitdim. Həmin gün bildim ki, gecə Rəşad bizim mağazadan bıçaq alıb”.
Digər
şahid İsgəndər Mehdiyevin qohumu Azər Quliyev bildirib ki, İsgəndər
onun telefonundan Rəşad Dağlıya zəng edib: “Rəşada dedi ki, danışıb
görüşməliyik. Rəşad ondan nə məsələ olduğunu soruşdu. İsgəndər də
telefon söhbəti olmadığını dedi. Söhbətin nədən ibarət olduğunu mən də
bilməmişəm. Bu söhbət mənə maraqlı gəlmədi. Buna görə soruşmadım.
İsgəndər də bir söz demədi”.
Sualları cavablandıran şahid deyib ki, Rəşad Dağlı ilə onun heç bir əlaqəsi olmayıb, onu ancaq məclislərdə görüb.
Növbəti proses iyunun 9-da davam edəcək.
İttihama
görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il
təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı,
1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər
yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İttiham
aktında qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər
Mehtiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib,
təhqirlərin dayandırılması üçün ondan 3 min manat pul tələb edib.
Bundan
sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb.
Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı
evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər.
Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan
ərazidə baş verib.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi
İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik
vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O,
təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa
buraxılıb.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Rəşad
Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını,
soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya
gəzdirmə) maddəsi ilə də ittiham verilib.