Rəşad
Rəşad Dağlı oğluna toy edir - FOTOLAR

Yaxın günlərdə meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olacaq.  

Sfera.az-ın verdiyi məlumata görə, məşhur ilk övladı Yusifə kiçik toy edəcək. 

Onun oğlunun şad günü oktyabrın 10-da keçiriləcək. Məclisdə Dağlının ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alacaqlar. 

Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutucaq. Toya 500-600 qonağın dəvət olunduğu bildirilir. 

Xatırladaq ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var. 

Meyxanaçı sosial şəbəkə hesabında tez-tez övladları ilə görüntülərini paylaşır. 

 

05.10.2022 13:45
720