rəqsanə

Rəqsanədən tanınmış saytlara kiberhücum!

Azərbaycanda bir çox  xəbər saytlarının instaqram hesabları bağlanıb.

Buna səbəb kimi, müğənni Rəqsanə İsmayılovanın kütləvi şəkildə səhifələri şikayət etməsidir. İfaçının özü də bu barədə video yayaraq hücum etdiyini təsdiqləyib.

Sözügedən profillər arasında OLAY.az saytının hesabı “olay.az_official” da var. Rəqsanə sözügedən səhifələrə hücum etdirdiyini, bunu instaqram “qaydaları” çərçivəsində həyata keçirdiyini bildirib. Hücum təkcə Rəqsanə yox, qızı Aysun İsmayılova tərəfindən də həyata keçirilib.                                             

Qeyd etmək lazımdır ki, R. İsmayılova son günlər aparıcı Sərxan Kərəmoğlunu təhqir etməsi ilə gündəmdədir. 

O, Kərəmoğlu tərəfindən polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi müzakirələri daha da böyüdüb.

Sərxanın yaydığı səsdə Rəqsanənin avtoritetsayağı danışığı, eyni zamanda qanunları və dövlət qurumlarını saymadığını bildirməsi tənqidlə qarşılanıb.

20.10.2022 10:59
show 288