rəqsanə
Rəqsanə: “Uşaqlarımın Rusiyada təhsil almasını istəyirəm” - VİDEO

"35 il Moskvada yaşadığımız və işimiz orada olduğundan ora üçün çox darıxıram. Orada işlərimizi idarə edən şəxs var. Onunla mütəmadi telefonla danışıb, işlərimizi həll edirik". 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov "Zaurla Günaydın" səhər şousunda deyib. 

Hazırda ailəlikcə Qubada istirahətdə olan Rəqsanə bildirib ki, oğlu Məhəmmədlə qızı Mehrimahın Azərbaycanda deyil, Rusiyada təhsil almasını istəyir: 

"Uşaqlarım azərbaycan dilini hələ yeni öyrənməyə başlayıblar. Onların baxıcıları ruslardır. İstəyirəm ki, övladlarım Rusiyada təhsil alsınlar. Onların bağçaya gedəsi vaxtlarıdır. Biz bura bir müddətlik gəldik. Biz Moskvada məskunlaşdıq. Ayda-ildə bir dəfə Bakıya gəlirdik. Amma gördük ki, bura ilə əlaqəni tamamilə kəsmək mümkün olmur.

Elə bir yaşdayıq ki, istər-istəməz Azərbaycanın yerini heçnə vermir. Millətimizin pisinə də, yaxşısına da qurban olum. Nə var, özümüzdə var. Azərbaycanın təbiətindən və yeməklərindən heç yerdə yoxdur. Yanımda çalışan ruslar da buranın gözəlliyini görüb, "ürəkləri" getdi". 


25.07.2023 16:11
show 310