"Təranə Səmədova həbs olunmamışdan əvvəl onlar mənim yanıma gəldilər. Böyük qızı Suel, onun isə qucağında körpə bacısı vardı. Uşaqlara baxdım, iydən (pis qoxu - red.) kiçik körpəyə yaxın durmaq mümkün deyildi. Çıxardım uşağa pul verdim. Onlar yemək alıb, yedilər.
Təranə əlində siqareti tutmuşdu. Ona göz ağardıb dedim ki,
uşaqlarının yanında bu hərəkəti etmə. Cavab verdi ki, eybi yoxdur. İki
saat ərzində Təranə oturduğu yerdən durmadı. Həmin vaxt Suel körpə
bacısının altını dəyişdi, yemək yedizdirdi. Elə bil ki, uşağı Təranə yox
Suel dünyaya gətirib".
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni
Rəqsanə İsmayılova qonaq olduğu "Səni axtarıram" ictimai-sosial
proqramda deyib.
Sənətçi hazırda həbsdə olan prodüser Təranə Səmədovanın onun başına
açdığı "oyun"lardan danışıb. İsmayılova bildirib ki, Təranə onu və
sevgilisi Rasim Həsənovu həbsdən çıxarmağı tələb edib: "Mən Təranədən niyə əlimi çəkdim, deyim sizə... Təranə mənə dedi ki,
birinci mənim sevgilimi (Rasim Həsənov - red.) həbsdən çıxar. Bu insan
mənə şərt qoydu. Birinci onu çıxarmalısan həbsdən, sonra da məni. Ona
söylədim ki, övladlarını düşün, çalışaq ilk növbədə səni bu həbsdən
qurtaraq. Cavabında Təranə söylədi ki, uşaqlar mənə maraqlı deyil, əsas
mənə maraqlı olan Rasimin həbsdən çıxmasıdır.
Bundan sonra Təranə ilə mənim davalarım başladı. Mən Təranəyə pul
göndərirəm, o isə gedib, o pulları həbsxanada Rasimə yedizdirir. Onlar
həbsxanada biri şüşənin bu tərəfində, digəri o biri tərəfində
dalaşırlar. Rasim Təranəyə deyir ki, sən məni həbsə saldırmısan. Sən
mənə dedin ki, o şəxsi şantaj edək, pul alaq ondan. Mən həbsə sənə görə
düşmüşəm".
Müğənni prodüserin körpə qızı Adelin baxımsızlıqdan bütün bədəninin yara basdığını açıqlayıb: "Təranənin kiçik qızı Adeli mən çimizdirəndə o uşağın başını dörd ədəd
şampunla yuyub, təmizləyə bilmədim. Adelin vəziyyəti çox pis idi.
Təsəvvür edin ki, 7-8 aylıq uşaq qaşıq tanımırdı. Yalnız bu uşağa
səhərdən gecəyə kimi su və çay içizdiriblər. Yemək deyilən şey bu uşaq
tanımırdı.
Uşaqlarıma baxan dayələrimdən xahiş etdim ki, mənim qızlarıma necə
baxırsınızsa, Təranənin də uşaqlarına elə baxın. O uşağı yeməyə
öyrəşdirdik. Natəmizlikdən Adelin bütün bədəni yara basmışdı. Qoxudan
yanına getmək mümkün deyildi. Onu müalicə etdik".
Rəqsanənin sözlərinə görə, T.Səmədova həbsxanadan qızı Suelə zəng
vurduğu zaman onunla dalaşıb, küçə söyüşləri ilə onu təhqir edib: "Təranə mənə həbsxanadan zəng vurub dedi ki, Sueli verirsən uşaq evinə,
körpə Adeli isə özündə saxlayırsan. Təranə qızı Adelə zəng vurur ancaq
onunla dalaşır. Təranəyə söylədim ki, sən qızınla küçə söyüşləri ilə
danışırsan, belə olmaz. Sən uşağı axı niyə ayıldırsan. Cavabında söylədi
ki, sən bilmirsən, Suel mənim başıma nə oyunlar açıb".
Rəqsanə Təranənin uşaqlarını öz yanında deyil, niyə sığınacağa verdiyinin səbəblərindən danışıb: "Mən Təranənin qızlarını Kəmalə Ağazadənin yanına yerləşdirdim. Evimə
gəldim, xəstə düşdüm. Hara gedirdimsə o uşaqlar gözümün önünə gəlirdi.
Yemək belə yeyə bilmirdim. Həyat yoldaşım Fazil Əmiraslanova dedim ki,
nahaq biz bu uşaqları apardıq verdik, gərək yanımızda saxlayardıq. Mən
Təranənin əlindən bezib, uşaqları verdim. Sonra elə oldu ki, uşaqlarla
görüşdüm.
Suel daş atıb başını tutdu ki, xahiş edirəm, məni sığınacağa aparma.
Burada qalmaq istəmirəm. Kəmalə xanım söylədi ki, o zaman icazə ver,
körpəni özümlə aparım. Onu da verə bilmirdim. Çünki Adel Sueli anası
kimi bilir. Təranə Adeli dünyaya gətirəndən ona böyük bacısı Suel baxır.
Sosial agentliyə zəng vurdum dedim ki, məsələ belədir, gəlin, bu
məsələni çözün. Suel ilə agentliyin nümayəndələri danışdılar.
Onlar söylədilər ki, biz bu uşağı məcbur heç yerə apara bilmərik.
Sonradan Təranə başladı deməyə ki, Rəqsanə mənim uşaqlarımı oğurlayıb və
məndən icazəsiz onlara dayə tutub. Sonda Adelə hər şeyi başa salıb,
Sueli və Adeli Kəmalə xanıma təhvil verdim. Kəmalə xanım da onları uşaq
evinə yerləşdirdi. Adelin də artıq bir yaşı tamam olub".
Xatırladaq ki,Təranə Səmədovanın böyük qızı Suel "Səni axtarıram"
verilişinə pənah gətirib. O, anası Təranədən imtina etdiyini açıqlayıb.
Suel bu məsələdə proqramın aparıcısı Xoşqədəm Hidayətqızının və dövlət
qurumlarının ona köməklik etməsini istəyib.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci
(hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il
müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan
tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi
üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə
alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə
olunaraq sərbəst buraxılmışdı. Onun iki qızı Suel və Adel Azərbaycan
Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.