01.10.2021
14:32
818

Rəqsanə “od püskürdü”: “Ana dilini bilməyənlərə fəxri adlar verildi, amma Səyyada...”

Loading...
“Çox pis oldum, üzüldüm. Bu il dəyərli, sevilən sənət insanlarımız vəfat etdilər. Uşaq vaxtlarımızdan sizin mahnılarınızla böyüdük. Gözəl insan idiniz. Kaş heç olmasa sizə Əməkdar artist adı veriləydi”.
 “Sherg.az” xəbər verir ki, müğənni Rəqsanə İsmayılova İnstaqram hesabında həmkarı Səyyad Əlizadənin vəfatı haqda yazıb. O qeyd edib: 
“Düşünürəm ki, danışmayım, ancaq bəzən danışmaq lazımdır. Əfsuslar olsun ki, fəxri adlar bu gün elə insanlara verilib ki, onlara baxıb sizdən utanıram. Ana dilində normal danışa bilməyənlərə, xalqa yuxarıdan aşağı baxanlara verilir. Guya bunlar elit təbəqənin sənətçiləridir. Uşaqdan böyüyə kimdən soruşsan, S.Əlizadəni tanıyır, mahnılarını bilir. Siz hər zaman yaşacaqsınız”.
Qeyd edək ki, Səyyad Əlizadə  ötən gün koronavirusdan dünyasını dəyişib.

Loading...