Müğənni Rəqsanə İsmayılova xanım həmkarlarından birinə ünvanlandığı "Toydan çıxanda yolunuzu azmayın" sözlərinə ilk dəfə aydınlıq gətirib.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb.
Rəqsanə adını açıqlamaq istəmədiyi həmin müğənnini sözləri ilə biabır edib: "Mən deməmişəm ki, otelə gedin. Otel və ya ev fərq etmir, yəni toydan
çıxanda yolunuzu azmayın. Birbaşa evinizə gedin. Bəzi xanım müğənnilər
mənə sual verdilər ki, o sözlərini mənə aid edirsən? Cavab verdim ki,
heç dəxli var... Sən axı özündən niyə şübhələnirsən ki... Ailə müqəddəs
məhfumdur. Əgər bizim yanımızda sözün əsl mənasında bir kişi varsa,
düşünürəm ki, ikinci kişiyə ehtiyac yoxdur.
İnsan ailəsinə hörmət etməlidir. Əgər səninlə ərinin arasında münasibət
alınmırsa, nə məcburdur ki, onunda adını biabır edirsən, öz adını da.
Boşan! Ondan sonra hara gedirsən get, özün bilərsən. İstəyir evə yox lap
küçədə qalsın... Əsas odur ki, sənin yanında həyat yoldaşın var.
Abırın-həyan olsun...
Nə məcburdur ərin ola-ola həmin səhvi edəsən. Olmaz axı... Amma bu səhv
deyil, onun elədiyi bu hərəkətin adı biabırçılıqdır. Hamı arzu edir ki,
onun ailəsi, övladı olsun. Həmin qadın müğənni sonra açıqlama verir ki,
mən ərimi sevə bilmirdim... Bəs əgər ərinin sevə bilmirdinsə ona niyə
ərə gedirdin? Səni məcbur ərə vermişdilər? Niyə ərini bu hərəkətinlə
gözdən salırsan? Bilərək ki, o qadın müğənninin ailəsi, əri var hələ
gəlib onun evində oturub çörək də yeyirlər, onunla məclisdə deyib,
gülüb, oynayırlar.
Başqa hərəkətlər də edirlər. Onları da mən kişi gözündə görmürəm. Çünki
bilmək olmur ki, insanın bir dəqiqədən sonra başına nə gələcək. Həyatın
işini bilmək olmur. Sabah sənin başına elə bir iş gələ bilər ki, ailən,
övladların var... Onlara sən nə cavab verəcəksən? Mən belə şeyləri qəbul
etmirəm.
Onları da heç zaman bağışlamaram. Özləri də bilirlər ki, o sözləri kimə
demişəm. Sadəcə həmin qadın müğənninin ərinə hörmət edib, adını
açıqlamadım. Yoxsa mənim heç nədən qorxacaq yerim yoxdur.
Adını da açıqlayaram, sözümü də deyərdim. Heç kim deyə bilməz ki,
Rəqsanə ailə qurmamışdan əvvəl və sonra toydan çıxıb harasa başqa yerə
gedib. Gedirsən işinə, qayıdırsan evinə.
Nə səhvin, qələtin varsa onu açıb-ağartmaq olmaz. Ayıbdır! Heç olmasa
etdiyini elə et ki, heç kimin xəbəri olmasın. Kişi səhv edə bilər, amma
qadın yox. Ataların bir məsələsi var: "Namusu itə atıblar, it üzünü çevirib, gedib. Namusa yaxın durmayıb". Bu
gün əgər mən bir məclisə girib 10-15 min pulla çıxıramsa, mənə yaraşmaz
kişi oğurlayıb, çıxım. Ayıbdır!".