Müğənni Rəqsanə İsmayılova ARB Tv-də yayımlanan "Günə son" proqramında qonaq olub.
Qlobal.net olay-a istinadən bildirir ki, 30 ildir üzündəki süni gellərdən canını qurtara bilməyən və bundan əziyyət çəkən ifaçı bütün bunlardan və plastik əməliyyatlardan danışıb.
R.İsmayılova arxasına "kamaz" qoyduran ifaçılara nifrət etdiyini bildirib:
"Sevda Yahyayevanın toyuna gəldim. Şoka düşdüm. Müğənnilərin heç birini tanımadım. Hamısının arxasında nə boyda "kamaz". Məhəttəl qaldım. O toydan sonra jurnalistlər xəbərlər yazırdılar. Yoldaşımla mənim şəkillərimi də yerləşdirmişdilər. Hər kəs yazırdı ki, tək təbii görünən Rəqsanənin yoldaşı idi".