6379d09c89978202211220044
Rəqsanə beşinci dəfə ANA OLACAQ
Müğənni Rəqsanə İsmayılova beşinci dəfə ana olacaq.
Qlobal.net xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
 "Övladlarımı sırf Fazil müəllimə (həyat yoldaşı Fazil Əmiraslanov - red.) görə dünyaya gətirmişəm. İnşallah beşinci övladımız da olacaq", - deyə Rəqsanə bildirib.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib.
Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı oğlan övladı var.
20.11.2022 11:00
636