renka
Rəqqasə Renka: “Ərimdən boşanandan sonra qayınanamla…”

"Həyat yoldaşımdan boşanandan sonra qayınanamla çox yaxın olmuşam".   

Qlobal.net Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Renka" ləqəbi ilə məşhurlaşan oriental rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.   

Rəqqasə boşandığı həyat yoldaşının anası ilə münasibətlərindən söz açıb: "Allah qayınanama rəhmət eləsin. O, çox pis xəstəlikdən dünyasını dəyişdi. Çox gözəl insan idi. Hətta həyat yoldaşıma söyləyirdim ki, səni dünyaya gətirən ananı çox sevirəm. Ona davamlı deyirdim ki, anana zəng et, onunla maraqlan, diqqətdən kənar qoyma. Üç oğul böyütmüşdü. Güclü qadın idi".   

Qeyd edək ki, Rəna Ağamuradovanın ilk evliliyindən 15 yaşlı Murad adında oğlu və 13 yaşlı Namiliya adlı qızı var.

30.10.2022 11:42
show 677