Fatimə plastik əməliyyatdan sonra

Rəqqasə Fatimə əməliyyatla dəyişib belə oldu - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva növbəti dəfə estetik əməliyyat keçirib.

Qlobal.net xəbər verir ki, sənətçi üzündə dəyişiklik etdirmək üçün plastik cərraha müraciət edib.

Fatimə əməliyyatdan sonra çəkilmiş görüntülərini sosial media izləyiciləri ilə paylaşıb və prosedurun üzərindən artıq iki həftə keçdiyini qeyd edib.

Xatırladaq ki, rəqqasə daha əvvəl də bir neçə dəfə estetik əməliyyatlar etdirib. O, bədən formasının korreksiyası, liposaksiya, burun və qaş qaldırma kimi müxtəlif prosedurlardan keçib.


17.03.2025 10:40
show 311