63f20129d0933202302235953
Rəqqasə Aytənin meyiti aşkarlandı - FOTO

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

Qlobal.net APA-ya istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.

19.02.2023 14:59
show 7551