photo_22131461
"Rəqibi təəccübləndirə bilmədik" - Belarus millisinin baş məşqçisi

"Matça niyə belə əsəbi başladığımızı bilmirəm. Nəticə ədalətlidir. Biz rəqibi heç nə ilə təəccübləndirə bilmədik. Hücumçularımızdan razı qalmadım. Biz qol vura bilmirik. Azərbaycan millisi texnikalı komandadır. Topla yaxşı çıxış edirlər. Ötənilki matçla ilə indiki arasında o qədər də böyük fərq görmədim".

Qol.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının 2-ci turunda millimizlə heç-heçə etdikləri oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycan Premyer Liqasını Belarus çempionatı ilə müqayisə edib: “Bizim çempionatın tempi sizin Premyer Liqaya baxanda elə də yüksək deyil”.

07.06.2022 11:48
158