655b6d112889e202311232833
Rəmişin evini 280 min manata kim satıb?

Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evi satılıb. 

Qlobal.net qaynarinfo-ya istinadən xəbər verir ki, sənətkarın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi, İnşaatçılar metrosu, "Ağ çiçəyim" şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı mənzili 280 min manata satılıb. 
Məsələ ilə bağlı mərhumun həyat yoldaşı Gülü ilə əlaqə saxlamağa çalışdıq. Lakin Gülü xanım danışmaq istəməyərək, telefonu qapadıb.

20.11.2023 18:26
show 452