Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evi satılıb.
Qlobal.net qaynarinfo-ya istinadən xəbər verir ki, sənətkarın Yasamal
rayonu Abbas Mirzə Şərifzadə küçəsi, İnşaatçılar metrosu, "Ağ çiçəyim"
şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı mənzili 280 min manata
satılıb.
Məsələ ilə bağlı mərhumun həyat yoldaşı Gülü ilə əlaqə saxlamağa
çalışdıq. Lakin Gülü xanım danışmaq istəməyərək, telefonu qapadıb.