6593e6fd07e17202401243541

Rejissor onunla yatmaq istədi, rejissora şillə vurdu – Tanınmış aktrisanın başına gələnlərin ŞOK TƏFƏRRÜATI (VİDEO)

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Ancaq qardaşı Ruhulla Axundov tutulandan sonra Xoşsima xanımın da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.

Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. Nəcibə Məlikova isə məcburiyyətdən, könülsüz aktrisalığı seçir. 10-cu sinfi qurtarandan sonra sənədlərini Teatr İnstitutuna verir və Fatma Qədrinin sinfinə qəbul olunur. Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. “Yaşar” tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.

Elə Gəncədə işlədiyi zaman ailəli olub ayrılmış, bir oğlu olan Nüsrəddin adlı imkanlı kişi ilə tanış olur. Nəcibə xanım ilk gündən Nüsrəddinə bağlanır və onun evlilik təklifinə razılıq verir, evlənirlər. Həmin vaxt gənc aktrisa Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır. Milli Dram Teatrında işləməyə başlayır. Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, biri isə Nəcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Saqib. Onun ilk nikahından olan oğlu Fuad, Nəcibə xanımın oğulluğu əvvəlcə onu qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.

Fuad Əsədov Nəcibə xanımın ölümündən uzun müddət verdiyi müsahibəsində deyir: “Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, əvvəl onu ana kimi qəbul edə bilmirdim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”. Aktrisanın qayınanası xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmir. Ümumiyyətlə, Nəcibə xanım qayınana sarıdan çox əziyyətlər çəkib. Hətta bir gün onlara qonaq gələn Ədil İsgəndərov Nəcibə xanımın qaynanasının hərəkətlərinə dözmür, yeməyini yarımçıq qoyub durur, qapıdan çıxanda deyir ki, Xanım xala, səndən kino çəkəcəm.

Onun həyat yoldaşı həqiqətən, yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. "Ögey ana" filmindəki İsmayıl obrazının prototipi oğulluğu Fuaddır, Cəmilə isə Saqibin obrazıdır. Bu dəyişikliklərlə, görünür, tamaşaçını həqiqətdən yayındırmağa çalışıblar. Aktrisa gözəl, bacarıqlı, şöhrətli olduğu qədər də sadə insan olub. Məşhur rejissorlardan biri Nəcibə xanıma rol qarşılığında arzuolunmaz təklif edir. Əsəbiləşən aktrisa rejissora şillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü danışarmış.

Ancaq ailədə təəssüf ki, nəcibə Məlikovanın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, - deyirmiş. Bir gün Nusrəddin başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb gedir. Bir müddət sonra isə Nüsrəddin 30 yaşında faciəvi şəkildə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.

SSRİ xalq artisti fəxri adına layiq görülür. Hindistanda qastrol zamanı üstünə meymun atılır, qorxudan şəkər xəstəliyinə tutulur. Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə “Yalnız Nüsrəddini” – deyib, arzusuna çatmaq üçün gözlərini həmişəlik yumur. 

Daha ətraflı video-materialda: 



07.04.2024 21:50
show 13026