664afc7c070ae202405243212
Rəisinin pilotu ilə bağlı ŞOK İDDİA - VİDEO

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopterin Şərqi Azərbaycan vilayətinin sərhədlərində meşəlik əraziyə düşməsi dünya gündəmində geniş əks-səda doğurub. Qəzada Rəisi və onunla birlikdə olan səkkiz nəfər həlak olub. 

Qlobal.net oxu24.com-a istinadla xəbər verir ki, diqqət çəkən detallardan biri də bu hadisənin Azərbaycanla İran arasında müsbət irəliləyişlərdən sonra baş verməsidir. 

Azərbaycan Prezidenti İlham Əliyev və onun rəhbəri iki ölkə sərhədində Qız qalası və Xüdafərin bəndlərinin açılışını etdilər.

Rəisi bu görüşdə "bəziləri bizim bir araya gəlməyimizdən, ümumi uğurlarımızdan xoşlanmır. Lakin bunlar bizim üçün vacib deyil" ifadələrini istifadə edib.

Rəisinin buradakı çıxışı “sui-qəsd” şübhəsini gündəmə gətirir. 

Digər tərəfdən gündəmi sarsıdan başqa bir başlıq isə vertolyotu istifadə edən pilotun Mossad agenti olduğu iddiasıdır ki, bu iddia Fransa televiziyasında gündəmə gətirilir. 

Helikopter qalıqlarının yerini müəyyən etmək üçün göndərilən pilotsuz təyyarənin lentə aldığı görüntülərdə ərazidən qaçan birinin olduğu iddia edilib. 

Daha ətraflı video məlumatı təqdim edirik:

 

 

21.05.2024 10:11
show 501