Uzun müddətdir efirlərdən uzaq qalan müğənni Rəhim Rəhimli qalmaqallı açıqlamaları ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, yeni layihələrini təqdim etməyə hazırlaşan bəstəkar bu haqda aparıcı Zümrüd Bədəlovanın "Söz-Baz" proqramına danışıb.
İfaçı yaxın günlərdə "Ağıllı ol!" adlı yeni ifasını sevənlərinin ixtiyarına verəcək. Müğənni bu mahnısını televiziya proqramlarından, sosial şəbəkələrdən onun ünvanına artıq-əskik danışan həmkarlarına həsr etdiyini qeyd edib.
Rəhim bu mahnının onlara şapalaq kimi cavab olacağını vurğulayıb. Sənətçi bostanına atılan atmacalara susmağının səbəbini başının ailəsinə qarışması ilə izah edib.
Ətraflı videoda: