Bu sözləri Əməkdar artist Hicran Nəsirova “Gün işığında” verilişində deyib. Aktrisa hazırda yayımlanan verilişlərdən şikayət edib:
"1980-1990-ci illərdə teatrlara, aktyorlara, filmlərə həsr olunan verilişlər var idi, insanları savadlandırırdı. Belə verilişlər olsun. Elə bil ki, onların yaşadıqları yerlərdə polislər, icra hakimiyyəti, vəkil, bələdiyyə işləmir. Hamı hücum edir bu verilişlərə. İş o yerə gəlib çatıb ki, şikayətçi verilişə gəlir, aparıcıya, qonaqlara hücum çəkir. Sanki hamı o şikayətçilərə borcludur".