6793165fe6712202501252607

Rayonda ŞOK! Meyxanaçı iki bacını evinə çağırdı, sonra onlarla...

Salyan rayonunda 1965-ci il təvəllüdlü Fərman yetkinlik yaşına çatmayan Nərminə (adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2023-cü il mayın 31-də baş verib.

Fərman həmin gün saat 12:30-da Salyan şəhərində 2013-cü il təvəllüdlü Nərminin 2014-cü il təvəllüdlü bacısı Vüsalə ilə birlikdə yaxınlıqdakı ərzaq mağazasından çörək alaraq küçəyə çıxdığını görüb. Qızlara yaxınlaşan Fərman dondurma və oyuncaq verəcəyi bəhanəsi ilə onları evinə dəvət edib. Bir neçə dəqiqə sonra Nərmin və Vüsalə bacıları onun evinə gəldikdə isə uşaqlara dondurma və oyuncaq verib.

Daha sonra evin həyətində cinsi ehtirasını təmin eləmək məqsədilə Nərmini özünə tərəf çəkərək qucaqlayıb, boyun nahiyəsini öpüb, zor tətbiq etmədən əxlaqsız hərəkətlərə başlayıb.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Salyan şəhərində qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə Bakı şəhərinin Badamdar qəsəbəsində yaşayıb: “Əvvəllər məhkum olunmamışam, toy məclislərində meyxana söyləməklə ailəmi saxlamışam. Narkotik qəbul etmirəm, amma spirtli içki içirəm. Bəzən Bakıdan gələrək Salyan şəhərindəki evimdə bir müddət tək yaşayıram. Sonra yenidən Bakıya qayıdıram”.

Fərman qeyd edib ki, 2023-cü il mayın 31-də bir qədər spirtli içki içib, təxminən saat 12 radələrində Salyan şəhərində Nəriman adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında kölgədə dayanıb: “Həmin vaxt Təranənin azyaşlı qızları Nərmin və Vüsalənin birlikdə mağazasına gələrək çörək aldıqlarını gördüm. Mən həmişə həmin uşaqları küçədə görəndə onlara dondurma almışam. Bu dəfə də Nərminlə Vüsaləni görəndə dedim ki, dondurma və sok almışam, evimə gəlin, sizə yumşaq oyuncaqlar da verəcəm. Uşaqlar sevinərək gələcəklərini deyib, qaçaraq öz evlərinə tərəf getdilər. Mən də yaxınlıqdakı evimin həyətinə girdim.

Nərmin və Vüsalə həyətə gələndə onları evə dəvət etdim. Otaqda uşaqlara dondurma və limonad verdim. Daha sonra uşaqları o biri otağa dəvət etdim. Divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərdim, hansını istəsələr götürə biləcəklərini dedim. Uşaqlar hərəyə bir yumşaq oyuncaq götürdülər, sonra birlikdə evdən həyətə çıxdıq. Bir neçə saat sonra məni rayon polis şöbəsinə dəvət etdilər”.

Təqsirləndirilən şəxs əlavə edib ki, həyətdə uşaqlar onunla sağollaşıb gedərkən, onların üzündən bir əmi, baba kimi öpüb.

İbtidai istintaqda isə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, tutduğu əməldən peşman olduğunu bildirib.

Həmin ifadəsində göstərib ki, Salyan şəhər sakini Təranənin yazdığı şikayət ərizəsi ilə tanış olub və ərizədə göstərilənlər qismən doğrudur: “Təranə mənim uzaq qohumumdur, ailəsi ilə birlikdə Salyan şəhərində qonşu küçədə kirayədə yaşayır. 2023-cü ilin may ayının 31-də günortaya yaxın saatlarda bir qədər spirtli içki qəbul etdim. Təxminən saat 12 radələrində ərzaq mağazasının qarşısında kölgədə dayandım. Bu zaman Təranənin azyaşlı qızları Nərmin və Vüsalənin birlikdə mağazadan çörək aldıqlarını gördüm.

Mən həmin uşaqları küçədə görəndə həmişə onlara dondurma almışam. Bu dəfə də dedim ki, sizə dondurma və sok almışam, evə gəlsinlər”.

Fərman qeyd edib ki, təxminən 15 dəqiqədən sonra Nərmin və Vüsalə onun həyətinə gəliblər: “Uşaqları evə dəvət etdim, evin otağına keçdik. Nərmin və Vüsaləyə dondurma və “Fanta” limonadı verdim. Onları o biri otağa dəvət etdim. Oaqdakı divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərdım, hansını istəsələr götürə biləcəklərini dedim.

24.01.2025 08:25
show 901