Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu boşanma prosesi ilə bağlıdır.
Sual: Rayon qeydiyyatındayam, Bakıda boşanma ərizəsi verə bilərəmmi?
Suala cavab olaraq qeyd edirik ki, bəli bu, mümkündür.
Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi üçün vətəndaş yaşadığı yerə görə ərizə verə bilər.
İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməkdə çətinlik çəkdikdə də nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
Digər hüquqi yardım xəbərlərini linkdən oxuya bilərsiniz.