21.05.2021
08:14
70

Raykard “Barselona”ya qayıda bilər

Loading...

Vaxtilə “Barselona” klubunun baş məşqçisi olmuş Frank Raykard yenidən katalon klubunu çalışdıra bilər.

Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Məlumata əsasən, 58 yaşlı niderlandlının namizədliyi klub rəhbərliyi tərəfindən müzakirə olunur.

Bildirilir ki, hələlik komandanın hazırki baş məşqçisi Ronald Kumanın taleyinə aydınlıq gətirilməsə də, “Barsa” prezidenti Xuan Laporta onu əvəz edə biləcək potensial namizədləri nəzərdən keçirir.

Qeyd olunur ki, Raykard 2003-cü ildə məhz Laporta tərəfindən dəvət olunan ilk əcnəbi mütəxəssis olub. Lakin o, artıq 8 ildir ki, məşqçilik fəaliyyətindən uzaqlaşıb. Raykardın çalışdırdığı son kollektiv isə Səudiyyə Ərəbistanı millisi olub.

Loading...