662bc4001c3e8202404241056
“Rasim bəy də söyüş söyüb, unutmasın” - Əlixan Rəcəbovdan Xalq artistinə CAVAB - VİDEO

Aktyor Əlixan Rəcəbov “Alatava” serialını tənqid edən Xalq artisti Rasim Balayevlə bağlı paylaşım edib.

OLAY yazır ki, o, sosial media hesabında R. Balayevin rol aldığı filmlərdən görüntüləri izləyiciləriylə bölüşüb.

“Rasim bəy öz çəkildiyi filmləri unudub, dedim yaddaşını təzələyim. Rasim bəy də söyüş söyüb, onu da unutmasın”, - deyə, Əlixan yazıb.

Qeyd edək ki, Rasim Balayev ötən günlərdə “Alatava” serialında söyüş səhnələrinin olduğunu dilə gətirərək bunu tərbiyəsizlik adlandırmışdı.

 
26.04.2024 19:08
show 4883