6405fcc70656f202303234631

Ramiz Rzayev 18 illik vəzifəsi ilə vidalaşdı - FOTO

Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb. 

Qlobal.net xəbər verir ki, bununla bağlı bu gün Ali Məhkəmədə tədbir keçirilib. 

Qeyd edək ki, Ramiz Rzayev 18 il Ali Məhkəmənin sədri vəzifəsində çalışıb. 

Xatırladaq ki, Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. R.Rzayevin isə 70 yaşı yeni tamam olmuşdu. İcraatında iş olduğu zaman hakimin səlahiyyət müddəti başa çatarsa, onun səlahiyyəti həmin işə baxılıb qurtaranadə davam edir.  

 

06.03.2023 18:45
show 7128