63f5c4b444fa4202302233100
Ramiz Novruzun ölümündən əvvəlki son görüntüləri yayıldı - VİDEO

Mərhum Xalq artisti Ramiz Novruzun ölümündən əvvəl çəkilən son görüntüləri yayılıb.

Yayılan videoda aktyorun həyat yoldaşı və nəvələri də yer alıb. Video Xalq artistinin öz evində lentə alınıb.

Görüntülərdə mərhuma hədiyyə bağışlandığı əks olunub.

Xatırladaq ki, 68 yaşlı aktyor uzun müddət idi mədə xərçəngindən əziyyət çəkirdi. O, ötən gün gecə müalicə aldığı xəstəxanada qəfil dünyasını dəyişib.

Ramiz Novruz "Qurd qapısı" qəbirstanlığında torpağa tapşırılıb./baku.ws/


22.02.2023 11:30
show 5289