Cəmiyyət

Ramiz Mehdiyevlə bağlı daha bir ŞOK: Özü yazmayıbmış – İFŞA OLUNDU

Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev haqqında yeni faktlar məlum olub.

Bu barədə Oxu24.com özəl mənbədən məlumat əldə edib.

Birçox  işləri saxta və qurma olduğu kimi Ramiz Mehdiyevin elmi əsərləri və müdafiə işi də özü tərəfindən  yazılmayıbmış.

Uzun illər siyasi proseslərin içərisində olan və demək olar ki, “başını qaşımağa vaxtı olmayan” akademikin bu qədər elmi əsər yazması qəribə görünür. Bu yaşına qədər siyasi fəaliyyətindən və idarəçilik ambisiyasından əl çəkməyən qocaman akademikin özünü cəmiyyətdən təcrid edərək elmə, kitaba yönəlməsini düşünmək elə də inandırıcı görünmür.

Təqdim olunan məlumatlara əsasən deyə bilərik ki, Ramiz Mehdiyevin müəllifliyi ilə 23 il ərzində 32 kitab nəşr olunub.

Sual yaranır ki, Ramiz Mehdiyev hər il bir “samballı” əsər yazmağı necə bacarıb? Yoxsa, 24 saat dövlətin taleyini düşündüyünü iddia edən Ramiz Mehdiyevin əvəzinə bu əsərləri kimlərsə yazıb?

Oxu24.com-a bu haqda danışan mənbə Ramiz Mehdiyevin əsərlərini yazan şəxsin adını açıqlayıb.

Həmin  şəxs  pedaqoq-alim, pedaqoji elmlər namizədi Əsabəli Quliyevdir. Məlumata görə, Ramiz Mehdiyev  bütün  kitabları məhz onun tərəfindən yazılıb. Məlumatı saytımıza o illərdə məşhur nəşriyyatlardan birinin rəhbəri də təsdiqləyib.

Related Articles

Bir cavab yazın

Back to top button