Site icon Qlobal

Ramiz Mehdiyevin qruplaşmasında yer alan məşhur XANIMLAR – YENİ DETALLAR

351531 1760942607 1760967176

Günlərdir medianın əsas gündəm mövzusu Ramiz Mehdiyevin xəyanəti, onun ailəsi, vəzifədə olan qohumları, əmlakları və bu kimi məsələlərdir.

Müzakirə olunan əsas mövzulardan biri də Ramiz Mehdiyevin komandasında  kimlərin olması sualı ətrafında  verilən şərhlərdir. Media bundan öncə Ramiz Mehdiyevlə əlaqəli bir neçə şəxsin adını açıqlamışdı. Həmin siyahıda əsasən “sabiqlər” yer alıb.

Ramiz Mehdiyevə bağlı olan şəxslər haqqında Oxu24.com saytına özəl mənbədən siyahı daxil olub.

Məlumatı verən şəxs qeyd edir ki, Ramiz Mehdiyev işlərin əsas hissəsini bu şəxslərlə birgə görürmüş. Siyahıda  mühüm post tutmuş xanımlar da yer alır.

Mənbənin saytımıza təqdim etdiyi siyahı aşağıdakı kimidir:

427062 1760964489

1. Ziya Məmmədov– Keçmiş nəqliyyat naziri. Onun Ramiz Mehdiyev komandasının “qara kassası” olduğu  qeyd edilir. Hətta Ziya Məmmədovun sponsorluğu ilə Ramiz Mehdiyevə Göyçayda iki villa da tikdirib. Dövlət əleyhinə  yönəlmiş gizli görüşlərin bir qisminin həmin villalarda keçirildiyi iddia olunur. Həmin villaların bu gün də mövcud olduğu bildirilir.

elton memmedov 1760964506

2. Ziya Məmmədovun qardaşı, eks deputat Elton Məmmədov. Ramiz Mehdiyev vasitəsi ilə AMEA-ya gətirilən  Elton Məmmədov komandada fəal  iştirak edənlərdən olub. Onun vaxtilə AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru olaraq Ramiz Mehdiyev üçün rüşvət sxemini qurduğu da vurğulanır.

Elton Məmmədov mediaya  açıqlamasında iddialara bu cür münasibət bildirib:

“İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq təşkilat Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın”.

ebulfez 1760964565

3. Əbülfəz Qarayev – sabiq mədəniyyət naziri. O da vəzifədən “vurulduqdan” sonra  R.Mehdiyevin yanında  özünə sığınacaq tapıb.

1645009365 necmi 1760964610

4. Nəcməddin Sadıqov – Müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik. Bu ad kifayət qədər “qara işlərdə” bağlı hallansa da, hələlik məsuliyyətə cəlb edilmədiyi  göz qabağındadır. Bu vaxta qədər onun “toxunulmaz” olmasına səbəb Ramiz Mehdiyev göstərilir.

safar 1200 1760964712

5.Səfər Əbiyev – Keçmiş müdafiə naziri. O da keçmiş  vəzifəli  kimi bu “birliyə” cəlb edilib.

arifd 1760964822

6. Arif Alışanov  – AzTV-nin keçmiş sədri, sabiq millət vəkili.

Qeyd edək ki, Arif Alışanov 2006–2019-cu illərdə AzTV-nin sədri olub.

arifs 1760964977

7. Eldar Həsənov – Keçmiş baş prokuror və keçmiş səfir. Hazırda həbsdədir.

cahangirrrr 1760965024

8. Cahangir Hacıyev – Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri. Hazırda həbsdədir.

elmar 1 1760965073

9. Elmar Məmmədyarov – Keçmiş xarici işlər naziri. O, 19 oktyabr 2025-ci il tarixdə Müsavat TV-yə verdiyi açıqlamada bu xəbərlərə reaksiya verib. Keçmiş nazir bildirib ki, onun Ramiz Mehdiyevlə işdən çıxdıqdan sonra əlaqəsi olmayıb. O həmçinin Ramiz Mehdiyevin telefon nömrəsini bilmədiyini də açıqlayıb.

10. Əli Həsənov – Prezident Administrasiyasının keçmiş şöbə müdiri. O da mətbuata açıqlamasında Ramiz  Mehdiyevlə heç bir əlaqəsinin olmadığını  deyir. ”Ramiz Mehdiyevlə bağlı məsələlərədən mənə nə?” açıqlamasını verib.

481454 1760967446

11. Abel Məhərrəmov  – Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru. O, komandanın fəal üzvü kimi tanınıb. Hətta 2020-ci ildə, pandemiya şəraitində baş tutan Ramiz Mehdiyevin nəvəsinin toyunda dediyi tostla gündəm olmuşdu.

12. Mərhum Oqtay Şirəliyev  – Keçmiş səhiyyə naziri. O da vəzifədən getdikdən sonra bu ortama qatılıb.

esabil 1760965602

13. Əsabil Qasımov – Keçmiş milət vəkili, hazırda sahibkarlıqla məşğul olur. Əsabil Qasımov Ramiz Mehdiyevin  kürəkəni, iş adamı İlham Əliyevlə sıx iş birliyində olub. Daha sonra aralarında problem yarandığı deyilir. Əsabil Qasımov Oxu24.com saytına açıqlamasında Ramiz Mehdiyevi və kürəkəni İlham Əliyevi düşmən adlandırmışdı.

14. Eldar Mahmudov – Ləğv edilmiş Milli Təhlükəsizlik naziri. Onun adı Ramiz Mehdiyevlə sıx hallanır. Yerli media   onun həbsinə hazırlıq getdiyini yazır.

isa 1760965657

15. İsa Həbibbəyli  – Azərbaycan Milli Elmlər Akademiyasının sədri. Onun bu vəzifəyə gətirilməsi Ramiz  Mehdiyevin əli ilə baş tutduğu iddia olunur.

hliman miraslanov 1760965951

16.Əhliman Əmiraslanov  – Milli Məclisin deputatı, Milli Məclisin Səhiyyə Komitəsinin sədri. O,həmçinin Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının 2007-ci ildən  direktorudur. Həmçinin 1993-cü ildən  Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiridir. Maraqlıdır ki, Ramiz  Mehdiyevin gəlini  Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının müalicə işləri üzrə direktor müavini, II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri vəzifəsini tutur.Onların ailə dostluğu bununla bitmir. Hətta oğlanları da yaxın münasibətləri ilə seçilir. Belə ki, Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar naziri  Kəmaləddin Heydərovun  8 müavinindən biridir. Onun dostu, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev də nazirin müavinlərindən biridir.

elman rustemov 1760966035

17. Elmar Rüstəmov – Mərkəzi bankın keçmiş sədri.

images 19 1760966208

18. Kamal Əliyev – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri postunu tutur. ”Tərtər hadisələri”ndə adı hallanıb. Hətta bu mövzuda Kamal Əliyev AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovu  məhkəməyə vermişdi. O, Elton Məmmədov tərəfindən cinayətkar adlandırıldığı üçün xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.

resize 9 1760966269

19.Abbas Abbasov –  Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini. 75 yaşlı Abbas Abbasov hazırda Moskvada dovşan təsərrüfatı ilə məşğuldur.

ramiz mehdiyevin kurekeni qardasi 1760966392

20. Fikrət Əliyev –  Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır. Onun  vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin mətbuata verdiyi açıqlmada qeyd olunub ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun imzası ilə 23 iyun 2008-ci ildə ona məktub göndərilib. Məktubda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Əliyev Fikrət Əlisəftər oğlu Azərbaycan Beynəlxalq Universitetinə ümumi işlər üzrə prorektor təyin edilmək üçün göndərilir. ABU-da prorektor olan Fikrət Əliyev daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. 2015-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2017-ci ildə işdən çıxarıldığı bildirilir.Son illərdə  isə Fikrət Əliyev AMEA-nın İşlər idarəsinə müvəqqəti müdir təyin olunmuşdu.

1696831214 3 1760966548

 

21. Məlahət İbrahimqızı –  Milli Məclisin deputatıdır.O,haqqında yayılan xəbərlərə sərt reaksiya verib. O,Musavat.com-un canlı efirinə qoşularaq onun Ramiz Mehdiyevin zamanında komandasında olmasına sərt reaksiya verib. “Mən Ramiz Mehdiyevin komandasında olmamışam. 1993-cü ildə Nəsimi rayonunda YAP-ın yaradılmasında iştirak edən 51 nəfərdən biri olmuşam. Ramiz Mehdiyev  vəzifəyə  1995-ci ildə gəlib. Ramiz Mehdiyev kimdir ki, biz onun komandasında olaq?”, cavabını verib.

rabiyyat aslanova 1760966592

22. Rəbiyyət Aslanova – Milli Məclisin ikinci, üçüncü və dördüncü çağırış deputatı olub. Onun oğlu Elnur Aslanov Prezident Administrasiyasılna Ramiz Mehdiyevin köməkçisi işləyib.

Rəbiyyət Aslanova yerli mediaya Ramiz Mehdiyevin həbsi fonunda bu açıqlamanı verib: “Kifayət qədər yaşım var, indiyədək çox məlumatlar eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh bildirə bildirəm. Hazırda bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Amma buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə bağlı isə prosesin sonunu – rəsmi qərarları gözləmək lazımdır”.

23.Aqiyə Naxçıvanlı –  2015-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri olub. Məlumata görə, Aqiyə Naxçıvanlı Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə də sıx əlaqələri olub. Onlar birlikdə bir sıra kitabların nəşrində iştirak ediblər. Bu əməkdaşlığın nəticəsi kimi Ramiz Mehdiyevin qızı uzun müddət Azərbaycan Müəllimlər İnistutunda imtahan komissiyasının sədri olub. Həmin illərdə Aqiyyə Naxçıvanlı sözügedən universiteti rektoru olub. Hətta Aqiyə Naxçıvanlı pandemiya dövründə baş tutmuş Ramiz Mehdiyevin nəvəsinin toyunda başda oturanlardan idi.

24. Afiq Rəhmanov –  işadamı,”Lux  Residince” tikinti şirkətinin sahibidir. Onun Ziya Məmmədovun qardaşı oğlu  Elton Məmmədovun vasitəsi ilə bu camiəyə daxil olduğu deyilir. O, Ramiz Mehdiyevin himayədarlığı ilə son illərin  tikinti maqnatına çevrilib. Əslən İmişli rayonunun Qaralar kəndindəndir. O, Milli Məclisin sabiq deputatı, “Karat Holdinq”in sahibi Əsabil Qasımovla və sinəsində “georgi lenti”, İmişlidə SSRİ bayrağı dalğalandıran hazırda həbsdə olan Saleh Səmədovun həmkəndlisidir.

O, hərbi prokurorun müavini Şəfayət İmranovla da qohumdur.Onların həyat yoldaşları əmiqızıdır. İş adamının Rəşad adlı köməkçisi Oxu24.com-un sualına cavab olaraq Elton Məmmədov haqqında sərt ifadələr səsləndirib. O,əlaqələrinin olduğunu inkar edib.

Oxu24.com yazıda adları hallanan şəxslərin mövqeyini  yayımlamağa hazırdır

Exit mobile version