Cəmiyyət

Ramiz Mehdiyevin kürəkəni ƏSƏBİLƏŞDİ: Mənim Bakıda mağazam, iaşə obyektim yoxdur

Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına açıqlama verib.

S.Telmanqızı ona R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa çağıırlması ilə bağlı suallar ünvanlamaq istəsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.

O, deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur:

“Mən sizim efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.

İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button