Site icon Qlobal

Ramiz Mehdiyevin gəlini işdən çıxarılıb? – Özü danışdı

whatsapp image 2025 10 20 at 130314 1760951016 1761122096

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri olan gəlini Nigar Mehdiyevanın işə çıxmaması ilə bağlı məlumat yayılıb.

Manset.az məsələni dəqiqləşdirmək üçün Nigar Mehdiyeva ilə əlaqə saxlayıb.

O, hazırda iş başında olduğunu bildirib:

“Mən işdəyəm. Hazırda iclasdayam. Bu məsələlərə şərh vermək istəmirəm”– deyə Nigar Mehdiyeva qeyd edib.

Əməkdaşımızın qayınatası Ramiz Mehdiyevlə bağlı sualını isə Nigar Mehdiyeva cavablandırmaqdan imtina edib və telefon zəngini sonlandırıb.

Exit mobile version