Ramiz Mehdiyevin evini yıxan xanın müğənni GÖRÜN KİM İMİŞ – Bu da görüntülər

Günlərdir mətbuatın gündəmini zəbt edən Ramiz Mehdiyevin “vurulması”nın əsası 2020-ci ildə karantin qaydalarını pozaraq nəvəsinə toy etməsi ilə qoyulmuşdu.
Həmin vaxtda qayda pozuntusuna görə,Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.
Bəs,Mehdiyevlərin “evini yıxan” görüntüləri kim çəkib,paylaşmışdı?
Görüntüləri müğənni Aysel Teymurzadə çəkərən xəbər saytlarına ötürmüşdü.
Hadisə baş verən zaman Ramiz Mehdiyevin kürəkəni müğənnini ittiham edərək bu sözləri demişdi:
“Filarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı, Azərbaycanı “Eurovision” yarışmasında təmsil etmiş Aysel qərəzli videoları çəkib, müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm, bundan sonra da araşdırma aparacağam. Bu, sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür. Bu gün dostuna xəyanət edən, sabah dostuna, xalqına da xəyanət edərcək”.
Xatırladaq ki, 2020-ci ilin avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilmişdi. / Oxu24.az