Cəmiyyət

Ramiz Mehdiyevin arvadının milliyyəti nədir? – Milli Arxiv İdarəsindən SİRR KİMİ CAVAB

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevna Mehdiyevanın milliyyəti ətrafında müzakirələr gedir. İctimaiyyət onun milli mənsubiyyətini bilmək istəyir. Qalina Mehdiyevanın erməni, gürcü, belarus, hətta yəhudi olması haqda fikirlər var. Əslində, Qalina Mehdiyeva milliyyətcə kimdir?

Globalinfo.az məsələ ilə bağlı Milli Arxiv İdarəsinə sorğu ünvanlayıb.

Milliyyətinin açıqlanmadığı cavab bildirilib:

“Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun sənədlərindən istifadə Qaydası”nın 10.2-ci bəndinə əsasən vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir.

Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda icazə verilir. Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının 3.8.4-cü bəndinə əsasən qanunvericiliyə uyğun olaraq qorunan dövlət, peşə, kommersiya və ailə sirrinə aid məlumatların olduğu, habelə müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunla qorunan məlumatların əks olunduğu sənəd və işlər üzrə məlumatlardan istifadə hüququ yalnız müvafiq sənədlər (vərəsəlik şəhadətnaməsi, etibarnamə) təqdim olunduqda tətbiq edilir”.

Related Articles

Bir cavab yazın

Back to top button