“Əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz” deyərək hələ 2020-ci ildə R.Mehdiyevə yaxın olduğunu onun nəvəsinin toy mərasimində təsdiq etmişdi. Bəli, Ramizə hələ daha çox tərif yağdırmalıydı. Çünki onun sayəsində 50 yə yaxın mükafata, o cümlədən, 1999-cu il – “Yusif Məmmədəliyev adına medal”la təltif edilmişdir”.
Sfera.az xəbər verir ki, bunu sabiq deputat Gülər Əhmədova sosial şəbəkə hesabında bildirib. O, A.Məhərrəmovun vəzifədə olduğu dönəmlərdə korrupsiya faktlarına yol verdiyi vurğulayaraq sahib olduğu əmlaklardan söz açıb:
“Təbii ki, bu müddətdə nəinki övladları bütün nəsli və kökü bu fürsətdən kifayət qədər yararlanmışdı. Arada yanan kasıb ailələrin tələbə balaları olub. Yadınıza gələr, 2014-cü ildə IV kurs tələbəsi Ramilə Kiçiyeva imtahan verdiyini, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini deyib və dedinə görə də Abel Məhərrəmovun onu məhkəməyə verdiyi xəbərləri mediada manşet oldu. Amma rüşvətin var olduğunu tək Ramilə demrdi, bütün Azərbaycan bilirdi.İndi sabah A. Məhərrəmov da Misir Mərdanov kimi çıxıb desə ki, Ramiz Mehdiyev bizə qarşı əzazillik edib, İnanmayın!
Bu da maraqlıdır: Ramiz Mehdiyev özünə belə müraciət edilməsini istəyirmiş
Çünki Abelin arxasında Ramiz durmasaydı Abel bu qədər sərvət toplaya bilməzdi:
1. “El Faro Hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596).
3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
5. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)”.
Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1. “Lamborgini”
2. “Bentli”
3. “Porsşe Cayenne”
4. “Land Rover”
5. “Mersedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)
6. “Audi Q7”
7. “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8. “Mersedes Gelandevagen” (qiyməti 250 min avro)
9. BMV X6 (son model – qiyməti 200 min avro)
10. BMV -760” (qiyməti 400 min avro)
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
1. Binəqədidə “Vorovski” deyilən ərazidə 2 villa;
2. Quba rayonunda 1 villa;
3. Xızı rayonunda 1 villa;
4. Nabranda 1 villa;
5. Şüvəlan qəsəbəsində 1 villa;
6. Mərdəkan qəsəbəsində 1 villa;
7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
8. Şərifzadə küçəsində yerləşən ev.
9. Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası.
10. 8-ci mikrorayonda daha bir restoranı
11. N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
G.Əhmədova fikrini belə yekunlaşdırıb: “Hələ də düşünürəm ki, bu adamlarda hansı xüsusiyyət vardı ki, R. Mehdiyev onları düz 30 ildir qoruyub?”