651fc88e8449c202310234254
Ramil Səfərovun qardaşına VƏZİFƏ VERİLDİ

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib. 

Qlobal.net Qaynarinfo-ya istinadən xəbər verir ki, vəzifəyə təyin edilən polkovnik İlqar Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır.

İlqar Səfərovun atası Sahib Səfərov Qaynarinfo-ya açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib. 

Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.

06.10.2023 12:41
1349