Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.
Qlobal.net xəbər verir ki, bu barədə o özü məlumat verib.
R.Ağayev deyib:
"Mən birdənə vitse-prezident olduğumu xatərlayıram. Ondan bu yana təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram. Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam".
Qeyd edək ki, Rafael bu açıqlamanı sportlife.az-a müsahibəsində deyib.
Xatırladaq ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. (titul.az)