Qüsl (böyük dəstəmaz) nə zaman vacibdir və sünnətə uyğun olaraq necə alınır?
Qüsl; cənabətlik, heyz və nifas kimi hökmi çirklilik hallarını aradan qaldırmaq üçün ağız və burun daxil olmaqla bütün bədəni yumaqla həyata keçirilən xüsusi təmizlik deməkdir.
Qlobal.net bildirir ki, Qurani-Kərimdə, “Əgər cünub olmusunuzsa, yaxşıca təmizlənin (yuyunun)” (ən-Nisa, 4/43; əl-Maidə, 5/6) buyurulmuşdur. Hz. Peyğəmbərin (s.a.s.) sünnətində də yuxuda ihtilam olmaq və ya cinsi əlaqədən sonra cünub qalmaq, habelə heyz və nifas hallarından sonra qüsl almaq əmr edilmişdir (Buxari, Qusl, 22, 28 [282, 291]; Müslim, Heyz, 87-88 [348-349]; Əbu Davud, Təhаrət, 118, 127 [314, 359]).
Qüsl dəstəmazı ağıza su alıb boğaza qədər qarqara etmək, buruna su çəkib təmizləmək və bütün bədəni heç bir quru yer qalmayacaq şəkildə yumaqla alınır. Burada qeyd olunanlar Hənəfi məzhəbinə görə quslun fərzləridir. Bunlardan birinin yerinə yetirilməməsi halında qusl batil olur. Fərzlərdən əlavə quslun sünnətləri də vardır.
Sünnətlər də yerinə yetirilməklə qusl belə alınır: