Şou-biznes

Şou-biznes adamları haqqında elə şeylər bilirəm ki, kabinetdə… – Zaurdan ŞOK SÖZLƏR

Aparıcı Zaur Nəbioğlu bu gün efirə gedən “Rəngarəng” verilişində Şəbnəm Tovuzlunun meneceri Şəhanə Ayazqızına və aparıcı Tarix Əliyevin (Tolik) Şəbnəm-Vəfa qalaqalı ilə bağlı açıqlamalarına sərt reaksiya vcerib.

Qlobal.net xəbər verir ki, aparıcı bildirib ki, müğənnilər istədikləri vaxt, istədikləri yerdə bütün mövzuların müğənnilərin razılığı olmadan müzakirəyə çıxarılmadığını sübut etməyə hazırdır:

“Bu günə qədər heç bir mövzunu özüm müzakirəyə çıxarmamışam. Mövzuları müğənnilər verib. Vəfa Şərifova da, Şəbnəm Tovuzlu da. Mən bütün vatsapda yazışmalarını, skrinləri silməmişəm, saxlayıram.

O ki, qaldı televiziyalara qadağa qoyulmasına, heç kim televiziyaya heç bir qadağa qoya bilməz. Qadağanı televiziya qoyur. Biz heç kimin qadağası ilə iş görməmişik, görməyəcəyik də. Kimsə xahiş etsə ki, bu mövzunu müzakirə etməyin, bu, başqa məsələ. İndiyədək verilişimdə bu qədər qonaq olub. Onların hamısı özləri gəlmək, danışmaq istəyir. Mən şou-biznes adamları haqqında elə şeylər bilirəm ki, danışsam, yer yerindən oynayar. Hansısa mövzunu müğənnilər istəyib, danışmışam. Başlarına silah dirəməmişəm ki”.

Tolikin “Zaur kabinetdə oturur, müğənnilərlə qurma qurur” fikrinə etiraz edən Z.Nəbioğu bildirib ki, onun qədər şou biznes adamları ilə ən az oturan, görüşən tək aparıcı özüdür:

“Əgər mən qurma qururamsa, sən niyə bu qurmalarla verilişini idarə edirsən?”

Related Articles

Bir cavab yazın

Back to top button