645e10ff6929c202305231215
Qurban bayramında neçə gün iş olmayacaq?

İyun ayında 4 gün qeyri-iş günü olacaq. 

Qlobal.net xəbər verir ki, 2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən cari ilin iyun ayında aşağıdakı günlər iş günü hesab edilmir: 

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
28, 29 iyun - Qurban bayramı.

12.05.2023 14:11
show 1123