“Quranla arvadının "kupalnik"i arasında qalanda...” – “AvtoStop” Turala SƏRT SÖZLƏR
Tanınmış jurnalist, Azvision.az saytının rəhbəri Vüsal Məmmədov
“AvtoStop” radio və televiziya layihələrinin rəhbəri, dicey Tural
Yusifovu tənqid edb.
Qlobal.net Konkret.az-a istinadən xəbər
verir ki, özünün “Facebook” hesabında paylaşım edən jurnalist Tural
Yusifovu yarımçılıqda, dini inancında səmimi olmamaqda günahlandırıb: “Avtostop
Tural”ın dindarlığı ilə heç vaxt işim olmayıb. Ümumiyyətlə, heç kimin
inancı ilə işim yoxdur. Mənə maraqlı olan adamların yarımçıqlığıdır.
Adam illərlə dindarlığını gözə soxub – efirdə, sosial şəbəkədə, hər
yerdə! Allaha inandığını hər fürsətdə qabardıb. Amma günlərin birində
arvadının çimərlik paltarında şəkli yayılanda çıxıb deyir ki, “əladır,
özüm çəkmişəm!” Həqiqətən əla idi, amma onun inandığı və təbliğ etdiyi
Allah bunu qadağan edir axı!”
İslam dininin müqəddəs kitabı
olan Quranın qadın bədəninin görünməsini birmənalı şəkildə yasaqladığını
xatırladan jurnalist daha sonra bunları yazıb: “Tural
Quranla arvadının “kupalnik”inin arasında qalanda ikincini seçir.
Allahın sözü unudulur, Xalid Hüseynidən sitat qabağa keçir. İndi
hörmətli diceyin hörmətli xanımı deyib ki, qızı ərə getmədən kiminləsə
yatsa, etiraz etməyəcək. İnsan hüquqları baxımından tamamilə normal
fikirdir. Amma İslama görə bu, zinadır və ağır günahlardan sayılır.
Əminəm, Tural yenə qadınını müdafiə edəcək. Düz də edəcək. Mənim onların
münasibəti ilə işim yoxdur. Sadəcə, yadıma düşdü ki, çıxışlarının
birində avtostopçu coşaraq, ateistləri “kişi” olan və olmayan deyə iki
hissəyə bölmüşdü. Bilmirəm, o bölgüdə əsas meyar nə idi. Amma yəqin,
dindarlar da kateqoriyalara bölünürlər. Allaha kişi kimi inanan, dinin
buyurduğuna kişi kimi əməl edən dindarlar var. Bir də var,
avtoOstopçular. Əqidəsi ilə arvadının “kupalnik”inin arasında qalanda
ikincini seçənlər. Natamamlar. Şəxsən mən insanları əqidələrində tam və
natamam kateqoriyalarına bölərdim”.