Qurani-Kərimdə peyğəmbərlik ən mühüm mövzulardan biridir.
Qlobal.net bildirir ki, İslamda peyğəmbərlər Allahın insanlar üçün göndərdiyi seçilmiş elçilərdir və onların əsas vəzifəsi insanları tövhidə – yalnız Allaha ibadət etməyə və Ona itaətə çağırmaqdır. Quranda 25 peyğəmbərin adı çəkilir.
Quranda daha 4 şəxsiyyətdən də danışılır. Lakin, bunların peyğəmbər olub-olmadıqları mövzusu ixtilaflıdır. Bunlar Hz. Üzeyir, Loğman, Hz. Xızır və Zülqərneyndir.