LoveReading.com portalı dünyanın ən populyar kitablarının reytinqini hazırlayıb.
Qlobal.net xəbər verir ki, siyahı müxtəlif dillərə tərcümələr, nəşrlərin sayı və dünya üzrə satılan kitab nüsxələrinin miqyasına əsaslanır.
Siyahıya üç milyard nüsxə ilə "Quran" liderlik edir. İkinci yerdə isə 2,5 milyard nüsxə ilə "Bibliya" qərarlaşıb.
Üçüncü yeri 800 milyon nüsxə ilə "Sədr Mao Tszedonqdan Sitatlar" adlı kitab tutur. Bu əsərin məzmununu adi oxucunun tam anlaması çətin hesab olunur.
Dördüncü sırada Migel de Servantesin "Don Kixot" əsəri yer alıb və bu kitabın 500 milyon nüsxəsi satılıb.
Beşinci yeri isə JK Rowling-in "Harri Potter" seriyası tutur. Bu kitablar dünya üzrə böyük oxucu kütləsinə sahibdir.
Reytinqin hazırlanmasında tərcümələr, nəşrlər və kitab satışları nəzərə alınıb.