
Müğənni Qumral Musayeva açıqlaması ilə hamını təəccübləndirib.
Qlobal.net xəbər verir ki, “Rəngarəng” verilişinə dəvət olunan sənətçi bu günə qədər estetik əməliyyatlarına xərclədiyi məbləği açıqlayıb.
“Bu günə qədər ümumən estetik əməliyyatlarıma xərclədiyim pul 80.000 manatdır” -deyə ifaçı bildirib.
Xatırladaq ki, bir müddət əvvəl müğənni Qumral Musayeva eseteik əməliyyat qurbanı olduğunu bildirmişdi.
O, üzündə etdirdiyi plastik əməliyyat nəticəsində böyük problemlə qarşılaşıb. Sifətinin donmuş vəziyyətdə olduğunu və gülə bilmədiyini vurğulayıb. (BAKU.WS)